Korporativ email müştərilərdə etibar yaradır: info@sirketiniz.az ünvanı sirket123@gmail.com ünvanından daha peşəkar görünür. Aşağıda xidməti addım-addım necə quracağınızı izah edirik.
1. Paketi seçin
| Paket | Email hesabı | Hər hesaba disk | Qiymət (aylıq) |
|---|---|---|---|
| Ekonom | 5 | 10 GB | 9.99 ₼ |
| Standart | 15 | 50 GB | 19.99 ₼ |
| Gold | 50 | 100 GB | 39.99 ₼ |
| Premium | 200 | 400 GB | 79.99 ₼ |
Bütün paketlərdə DKIM/SPF, SSL, IMAP/POP3, reklamsız webmail, spam filteri və mobil sinxronizasiya var.
2. Email hesablarını yaradın
Xidmət aktivləşəndən sonra kabinetinizdəki Korporativ Email bölməsindən paketinizin limiti daxilində istədiyiniz sayda hesab yarada bilərsiniz.
3. DNS tənzimləməsi
Seçim 1 (tövsiyə olunur): domenin nameserverlərini dəyişin. Qeydlər avtomatik yaradılır:
- ns1.azhosting.az
- ns2.azhosting.az
Seçim 2: domen başqa yerdə qalırsa, DNS-də bu qeydləri əlavə edin. Server IP ünvanı aktivləşmə emailinizdə göndərilir:
| Növ | Ad | Dəyər |
|---|---|---|
| A | Server IP ünvanı | |
| MX | @ | mail.sirketiniz.az (prioritet 10) |
| TXT | @ | v=spf1 mx ip4:SERVER_IP ~all |
DNS dəyişiklikləri 24 saata qədər yayıla bilər.
4. Email klientini qurun
| Parametr | Dəyər |
|---|---|
| IMAP server | server.azhosting.az, port 993 (SSL) |
| SMTP server | server.azhosting.az, port 587 (TLS) |
| İstifadəçi adı | tam email ünvanınız |
Outlook, Gmail, Thunderbird və ya telefondakı poçt proqramı ilə qoşula bilərsiniz.
Tez-tez rast gəlinən problemlər
- Məktublar gəlmir: MX qeydinin düzgün yazıldığını və DNS-in yayıldığını yoxlayın.
- Məktublar spama düşür: SPF qeydinin mövcud olduğundan əmin olun.
- Göndərmə işləmir: SMTP portunu 587 və TLS ilə yoxlayın.