Kampaniyalar 3
--:--:-- 99.9% Uptime Zəmanəti 24/7 Dəstək
070 673 01 74
Yardım Mərkəzi

Tez-tez Verilən Suallar

Ən çox soruşulan suallara aşağıda cavab tapmaq olar. Cavab tapa bilməsəniz, bizimlə əlaqə saxlayın.

Hosting və Texniki Suallar

Hosting, veb saytınızın fayllarının internetdə saxlandığı serverdir. Hər hansı veb sayt, e-ticarət mağazası və ya blog üçün hosting lazımdır.

Shared hostingdə eyni serverdə çoxlu saytlar yerləşir, resurslar bölüşdürülür. VPS-də isə sizə ayrılmış virtual server verilir — daha çox performans və tam nəzarət əldə edirsiniz.

SSL sertifikatı saytınızı HTTPS protokolu ilə qoruyur. Azhosting.az-da bütün hosting paketlərinə pulsuz SSL daxildir.

Bəli. Saytınızı, verilənlər bazanızı və email hesablarınızı pulsuz köçürürük. Proses 24 saata qədər davam edir.

99.9% uptime zəmanəti o deməkdir ki, serverimiz ildə cəmi 8.7 saatdan az dayana bilər. Bu standart sənaye öhdəliyidir.

Bəli. Hosting paketinizə görə idarəetmə paneli DirectAdmin və ya cPanel olur. Softaculous vasitəsilə bir kliklə WordPress, Joomla və 400+ proqram qurulur.

Bəli. Daha yüksək paketə keçmək üçün dəstək xidmətinə müraciət edin, komandamız keçidi sizin üçün həyata keçirəcək.

Verilənlər bazalarının sayı paketdən asılıdır və yüksək paketlərdə daha çoxdur. Dəqiq limit hər paketin təsvirində göstərilib.

Əvvəlcə LiteSpeed LSCache plugininin aktiv olduğunu yoxlayın. Sonra şəkilləri sıxışdırın, lazımsız pluginləri deaktiv edin. Problem davam edərsə VPS paketinə keçid tövsiyə olunur.

VPS Server

VPS (Virtual Private Server) — sizə ayrılmış virtual server resurslarıdır. Yüksək trafik, xüsusi proqram tələbləri, tam server nəzarəti, e-ticarət və ya SaaS layihələri üçün lazım olur.

Ubuntu Server 26/24/22/20 LTS, Ubuntu Desktop 22, Debian 12/11, AlmaLinux 9/8, CentOS 8/7 və Windows Server 2025/2022/2019/2016 qurmaq mümkündür. Windows Server üçün əlavə 10 ₼ lisenziya haqqı tətbiq olunur.

Bəli. cPanel/WHM, Plesk, DirectAdmin, Webmin kimi istənilən hosting paneli qura bilərsiniz. Lisenziya xərcləri ayrıca ödənilir.

Bəli, bütün VPS paketlərində tam root/administrator girişi verilir. Serverinizə tam nəzarət sizdədir.

Reboot adətən 30-60 saniyə ərzində tamamlanır. Serveri öz daxilindən yenidən başlada bilərsiniz; kömək lazım olarsa dəstək xidmətinə müraciət edin.

Bəli, bütün VPS paketlərində şəbəkə səviyyəsində DDoS qoruma aktivdir. Böyük miqyaslı hücumlar üçün əlavə Cloudflare inteqrasiyası tövsiyə olunur.

Azərbaycan VPS-i yerli istifadəçilər üçün daha aşağı ping (gecikmə) təqdim edir — ideal lokal sayt və proqramlar üçündür. Beynəlxalq VPS isə xarici auditoriyaya da sürətli çatışma üçün tövsiyə olunur.

Unmanaged VPS — serverini özünüz idarə edirsiniz, biz texniki dəstək göstəririk. Managed VPS xidməti tələb olunarsa, komandamız server konfiqurasiyası, yeniləmələr və monitorinqi həyata keçirir. Ətraflı müraciət edin.

Domen

Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər üçün VÖEN tələb olunur. Qeydiyyat 1-3 iş günü ərzində tamamlanır.

.az domenləri 1-3 iş günü, beynəlxalq domenler (.com, .net və s.) isə adətən 15-30 dəqiqə ərzində aktiv olur.

Bəli. Domen köçürməsi (transfer) üçün hazırkı registratorunuzdan EPP/Auth kodunu alıb bizimlə əlaqə saxlayın. Proses 5-7 iş günü çəkir.

Domenler minimum 1 il üçün qeydiyyatdan keçirilir. Hər il yenilənməlidir. Vaxtında yenilənmədikdə domen itirilə bilər.

Domeninizi bizim hostinqə yönləndirmək üçün nameserver və ya IP məlumatlarını şəxsi kabinetinizdə görə bilərsiniz. A, CNAME, MX, TXT kimi digər DNS qeydlərini hosting panelindən idarə edə bilərsiniz; çətinlik olarsa dəstək xidmətinə müraciət edin.

Xeyr. Domeninizi başqa yerdə saxlayıb Azhosting.az hostinqimizə yönləndirə bilərsiniz. DNS (nameserver) parametrlərini dəyişmək kifayətdir.

.az domenləri üçün whois gizlətmə mümkün deyil (WHOIS açıq olmalıdır). Beynəlxalq domenler üçün whois privacy xidməti mövcuddur.

Texniki Suallar

cPanel və DirectAdmin paneldə Let's Encrypt bölməsindən bir kliklə pulsuz SSL qurulur. Wildcard SSL üçün DNS doğrulaması lazımdır. Dəstək komandamız sizə kömək edər.

cPanel və ya DirectAdmin paneldəki Softaculous bölməsinə daxil olun, WordPress-i seçin, domeninizi göstərin və 'Install' düyməsinə basın. 2 dəqiqə ərzində tamamlanır.

cPanel-də 'PHP Selector' və ya 'MultiPHP Manager' bölməsindən, DirectAdmin-də isə 'PHP Version' bölməsindən hər hesab üçün ayrıca PHP versiyası seçmək mümkündür.

cPanel-də 'Email Accounts', DirectAdmin-də 'E-mail Manager' bölməsindən yeni email hesabı yaradın. Outlook, Gmail, Thunderbird və ya Webmail (Roundcube) ilə istifadə edə bilərsiniz.

cPanel-də 'Backup Wizard', DirectAdmin-də 'Create/Restore Backup' bölməsindən tam sayt arxivi yaradıb yükləyə bilərsiniz. Serverimiz avtomatik günlük backup alır.

Bəli, köçürmə tamamilə pulsuzdur. Sayt faylları, verilənlər bazası və email hesabları daxil olmaqla tam köçürmə həyata keçirilir. Proses adətən 2-24 saat çəkir.

Bəli. Cloudflare CDN, DNS idarəetməsi və əlavə DDoS qoruma üçün hostinqimizlə tam uyğun işləyir. Sadəcə nameserver-ləri Cloudflare-ə yönləndirmək kifayətdir.

cPanel-də 'Cron Jobs' bölməsindən, DirectAdmin-də 'Cronjobs' bölməsindən avtomatik tapşırıqlar qura bilərsiniz. Laravel Scheduler üçün '* * * * * php /path/artisan schedule:run' əmrindən istifadə edin.

Bəli, bütün hosting paketlərinde SSH girişi aktivdir. Terminal proqramı (PuTTY, Terminal) ilə server IP, istifadəçi adı və şifrənizlə qoşula bilərsiniz.

Error 500 adətən PHP xətası, yanlış .htaccess faylı və ya fayl icazəsi problemi ilə baş verir. cPanel error log-larına baxın. Həll edə bilmirsəniz dəstək komandamızla əlaqə saxlayın.

Ödəniş və Hesab Sualları

Visa/Mastercard kartı ilə (dərhal), karta köçürmə və M10 ilə balansınızı artıra bilərsiniz. Sifarişlər balansdan ödənilir.

Şəxsi kabinetinizin "Balans" bölməsindən balansınızı artırın, sonra sifariş verin. Kartla ödənişdə vəsait dərhal keçir; karta köçürmə və ya M10 ilə ödədikdə çeki yükləyin, vəsait balansa daxil olan kimi təsdiqlənir.

Xidmət aktivləşdirildikdən sonra 7 gün ərzində əsaslı texniki problem olduqda ödəniş geri qaytarılır və yalnız sayt balansınıza yönləndirilir. Domen qeydiyyatı və öz istəyinizlə ləğv edilən xidmətlər geri ödənilmir.

Bəli. Hosting, VPS və email xidmətləri üçün bitmə tarixindən 7, 3, 2, 1 gün əvvəl və bitmə günü; domenlər üçün 30, 15, 7, 3, 2, 1 gün əvvəl və bitmə günü email xatırlatması göndərilir.

Şəxsi kabinetinizdən 'Sifarişlərim' bölməsinə daxil olub müvafiq sifarişin yanındakı 'Uzat' düyməsinə klikləyin.

Bəli. Hər uğurlu ödənişdən sonra kabinetinizdəki "Sənədlərim" bölməsində qəbz yaranır; onu açıb çap edə və ya PDF kimi saxlaya bilərsiniz. ƏDV tətbiq olunmur.

Kartla ödəniş dərhal balansa keçir. Karta köçürmə və M10 ödənişləri çek yükləndikdən və vəsait daxil olduqdan sonra təsdiqlənir. Bir qədər gözləyin; balansda görünmürsə, çeki göndərərək dəstək xidmətinə müraciət edin.

Müddət bitdikdə xidmət dayandırılır və 7 gün (1 həftə) askıda qalır; bu müddətdə ödəniş etsəniz bərpa olunur. 7 gündən sonra xidmət və məlumatlar silinir. Bəzi hallarda müddət uzadıla bilər, dəstəyə müraciət edin.

Xeyr. Balansdakı vəsait geri qaytarılmır və nağdlaşdırılmır, yalnız saytdakı xidmətlər (hosting, VPS, domen, email və s.) üçün istifadə olunur.

Visa/Mastercard ilə balans artırarkən 3% komissiya müştəridən tutulur (məsələn, 100 ₼ üçün 103 ₼ çıxılır, balansa 100 ₼ keçir). Karta köçürmə və M10 ilə artırmada komissiya yoxdur.

Hesab İdarəetməsi

azhosting.az/login səhifəsindən email və şifrənizlə daxil ola bilərsiniz. Google hesabınızla da bir kliklə giriş mümkündür.

Giriş səhifəsindəki 'Şifrəmi unutdum' linkini klikləyin. Email ünvanınıza şifrə sıfırlama linki göndəriləcək.

Şəxsi kabinetin 'Profil' bölməsindən ad, email, telefon məlumatlarınızı istənilən vaxt yeniləyə bilərsiniz.

Limitsiz. Bir hesabda hosting, VPS, domen, email kimi istənilən sayda fərqli xidmət sifarişi yarada bilərsiniz.

Şəxsi kabinetin 'Sifarişlərim' bölməsindən bütün sifarişlərinizin statusunu (aktiv, gözləmədə, bitmiş) real-time izləyə bilərsiniz.

Şəxsi kabinetin "Dəstək" bölməsindən yeni tiket aça bilərsiniz. Şəkil və fayl əlavə etmək mümkündür. Cavabı kabinetdə və email ilə alacaqsınız.

Hesabı silmək üçün info@azhosting.az ünvanına yazın. Aktiv sifarişlər varsa, əvvəlcə onlar bitməli və ya ləğv edilməlidir. Silinmiş hesabın məlumatları saxlanılmır, balansda qalan vəsait isə geri qaytarılmır.

Sualınız cavablanmadımı? Komandamız sizə kömək etməyə hazırdır.

Bizimlə Əlaqə