İstifadə Qaydaları
Son yenilənmə: 24.10.2026
Ünvan: Qəbələ şəhəri, H.Əliyev pr. 77
info@azhosting.az · 070 673 01 74
1. Qəbul və Tərəflər
Azhosting.az-ın xidmətlərindən istifadə edərək bu şərtləri qəbul etmiş hesab olunursunuz. Şərtlərlə razı deyilsinizsə, xidmətlərdən istifadə etməyin. Bu şərtlər sizinlə (istifadəçi) xidməti göstərən şirkət arasında razılaşma sayılır. Şirkət haqqında məlumat aşağıda göstərilib.
2. Hesab Öhdəlikləri
Qeydiyyat zamanı düzgün və aktual məlumat verməli, hesab məlumatlarınızı (şifrə) məxfi saxlamalısınız. Hesabınızda baş verən bütün əməliyyatlara görə siz məsuliyyət daşıyırsınız. Hesabınıza icazəsiz giriş şübhəsi olarsa, dərhal bizə bildirin.
3. Xidmət Şərtləri
Hosting və digər xidmətlər paketdə göstərilən resurs limitləri çərçivəsində təqdim edilir. Limitlər aşıldıqda xidmət məhdudlaşdırıla bilər. 99.9% uptime zəmanəti planlı texniki işlərə və qüvvədən kənar hallara (fors-major) şamil edilmir. Reseller və korporativ email xidmətlərində öz istifadəçilərinizin fəaliyyətinə görə siz cavabdehsiniz; kütləvi email göndərilməsinə limitlər tətbiq oluna bilər.
4. Balans və Ödəniş
Xidmətlər balans sistemi ilə ön ödəniş əsasında göstərilir: əvvəlcə balansınızı artırırsınız, sonra sifarişlər balansdan ödənilir. Balansı artırmağın üç yolu var: Visa/Mastercard ilə kart ödənişi (dərhal balansa keçir; 3% komissiya müştəridən tutulur, məsələn 100 ₼ üçün 103 ₼ çıxılır), karta köçürmə və M10 köçürməsi (komissiyasız; ödəniş balansa daxil olan kimi təsdiqlənir). Balansdakı vəsait geri qaytarılmır və nağdlaşdırılmır, yalnız saytdakı xidmətlər üçün istifadə olunur. Hər uğurlu ödənişdən sonra kabinetdəki "Sənədlərim" bölməsində qəbz yaranır. ƏDV tətbiq olunmur.
5. Sifarişlər və Xidmət Müddəti
Müddət bitdikdə xidmət dayandırılır. Dayandırılmış xidmət 7 gün (1 həftə) askıda saxlanılır; bu müddətdə ödəniş etsəniz xidmət bərpa olunur. 7 gün keçdikdən sonra xidmət və məlumatlar silinir. Bəzi hallarda bu müddət uzadıla bilər, bunun üçün dəstək xidmətinə müraciət edin. Müddət bitməzdən əvvəl email xatırlatması göndərilir. Gecikmə faizi tətbiq edilmir.
6. Geri Ödəniş Siyasəti
Xidmət aktivləşdirildikdən sonra 7 gün ərzində əsaslı texniki problem olduqda ödəniş geri qaytarılır. Geri ödəniş yalnız sayt balansınıza yönləndirilir. Domen qeydiyyatı geri ödənilmir. Öz istəyinizlə ləğv etdiyiniz və ya istifadə etmədiyiniz xidmətlər üçün geri ödəniş verilmir.
7. Domen Xidməti
Domen qeydiyyatı və yenilənməsi müvafiq qeydiyyatçı və zona qaydalarına uyğun aparılır. Qeydiyyat məlumatlarının düzgünlüyünə, domen üzərində yerləşdirilən məzmuna və domenin vaxtında yenilənməsinə müştəri cavabdehdir. Vaxtında yenilənməyən domen itirilə bilər. .az domenləri üçün vətəndaşlar şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər VÖEN təqdim etməlidir.
8. Qadağan Olunmuş Fəaliyyətlər
Spam göndərmək, zərərli proqram yaymaq, müəllif hüququnu pozmaq, DDoS hücumu təşkil etmək, fişinq və ya qeyri-qanuni məzmun yerləşdirmək qəti qadağandır. Belə hallarda xidmət xəbərdarlıqsız dayandırıla bilər və geri ödəniş edilmir.
9. Ehtiyat Nüsxə (Backup)
Sayt fayllarının və verilənlər bazasının ehtiyat nüsxəsini müntəzəm almaq müştərinin öhdəliyidir. Biz avtomatik günlük backup alırıq, lakin bu, məlumatların bərpasına tam zəmanət vermir.
10. Məsuliyyətin Məhdudlaşdırılması
Azhosting.az texniki nasazlıq və ya qüvvədən kənar (fors-major) hadisə nəticəsində itirilmiş məlumatlara görə məsuliyyət daşımır. Müntəzəm backup etməyinizi tövsiyə edirik.
11. Hesabın Bağlanması
Hesabınızı silmək üçün info@azhosting.az ünvanına müraciət edə bilərsiniz; aktiv sifarişlər varsa, əvvəlcə onlar başa çatmalı və ya ləğv edilməlidir. Silinmiş hesabın məlumatları saxlanılmır və bərpa olunmur; hesabda qalan balans geri qaytarılmır. Şərtlər pozulduqda hesab dayandırıla və ya bağlana bilər.
12. Tətbiq Olunan Qanunvericilik
Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir. Mübahisəli hallarda Azərbaycan məhkəmələri səlahiyyətlidir.
13. Şərtlərin Dəyişdirilməsi
Azhosting.az bu şərtləri istənilən vaxt dəyişdirmək hüququna malikdir. Dəyişikliklər saytda elan edildikdən sonra qüvvəyə minir. Səhifənin yuxarısındakı "Son yenilənmə" tarixinə baxın.
14. Əlaqə
İstifadə qaydaları ilə bağlı suallarınız üçün: info@azhosting.az | +994 70 673 01 74
İstifadə qaydaları ilə bağlı sualınız var?
Bizimlə Əlaqə