Sayt köçürmək qorxulu görünür, amma düzgün plan olduqda sadədir. Addım-addım siyahı və pulsuz köçürmə dəstəyi.
Hostinqi dəyişmək saytın dayanması demək deyil. Düzgün ardıcıllıqla köçürmə zamanı sayt həmişə işləyir. Üstəlik, Azhosting.az-da sayt köçürmə pulsuzdur: komandamız köçürməyə kömək edir.
Köçürməyə başlamazdan əvvəl
- Köhnə hostinqə girişinizin (panel və ya FTP) olduğundan əmin olun
- Domenin idarəetmə girişini tapın (nameserver-ləri dəyişmək üçün lazımdır)
- İstifadə etdiyiniz email ünvanlarının siyahısını çıxarın
Addım-addım plan
- Paketi seçin və sifariş verin. Saytın ölçüsünə və domen sayına uyğun paket götürün.
- Köhnə hostinqdən backup alın: bütün fayllar və verilənlər bazası.
- Dəstəyə tiket yazın. Köçürməni sizin üçün edək, ya da özünüz yükləyin.
- Yeni serverdə yoxlayın. DNS dəyişməzdən əvvəl saytın düzgün işlədiyini test edin.
- Nameserver-ləri dəyişin. ns1.azhosting.az və ns2.azhosting.az.
- SSL-in aktiv olduğunu yoxlayın. DNS yayıldıqdan sonra sertifikat avtomatik tətbiq olunur.
Email-i unutmayın
Köhnə hostinqdə domen emailləri varsa, DNS-i dəyişəndən sonra MX qeydlərini və email hesablarını yeni yerdə yenidən yaratmaq lazımdır. Əks halda məktublar köhnə serverə getməyə davam edə bilər. Bu hissə üçün də dəstəyə yaza bilərsiniz.
Köçürmədən sonra
- Bütün səhifələri, formaları və giriş hissələrini yoxlayın
- DNS yayılması 24-48 saata qədər çəkə bilər, köhnə hostinqi bu müddətdə bağlamayın
- Hər şey işləyəndən sonra köhnə hostinqdən çıxın